Zəmanət şərtləri

Satış tarixindən başlayaraq 12 ay ərzində istehsalçı qüsurlu detalların və ya cihazın dəyişdirilməsi yolu ilə ( üsulu istehsalçı özü seçir) alıcını tam funksional cihazla təmin etməyi öz üzərinə öhdəlik götürür:
1.Cihazın servis mərkəzinə təhvil verildiyi gündən 14 iş günü ərzində tam funksional cihazı müştəriyə qaytarmaq ( təmsilçi vasitəsi ilə göndərilən cihazlar 21 iş günü)
2. Cihazın təmiri ilə əlaqədar istifadəıçidən heç bir ödəniş tələb etməmək
3. Hər hansısa səbəbdən ehtiyyat hissələri olmadıqda müştəriyə dərhal bu haqda xəbər vermək və cihazın hazır olacağı müddəti istifadəçiyə bildirmək
İstifadəçi bunları etməlidir:
1.Cihazı istifadə etməmişdən əvvəl istifadə qaydaları ilə tanış olmaq, cihazdan təlimat qaydalarına uyğun olaraq istifadə etmək
2.Cihazı təmir üçün təhvil verərkən bütün məlumatları köçürmək və ya silmək ( itmiş məlumatlara istehsalçı və ya servis mərkəzi cavabdeh deyil)
3.Əməliyyat sistemi ilə əlaqədar yaranmış nasazlıqları öz hesabına aradan qaldırmaq
4.Servis mərkəzinə tam doldurulmuş zəmanət talonu təqdim etmək. Düzgün doldurulmamış və ya natamam doldurulmuş zəmanət talonu etibarsız sayılır.
İstehsalçı bu hallarda zəmanətli xidməti göstərməyə bilər:
1.Təbii və texnogen fəlakətlər ( yanğın, külək, qar, fırtına, zəlzələ, yağış və s) nəticəsində yaranmış nasazlıqlar
2. Cihazı təlimatda göstərilməyən məqsədlərlə və şərtlərlə istifadə etdikdə
3.Cihazın başqa bir əşya ilə toqquşmasından, yerə düşməsindən, üzərinə maye düşdükdən və ya mayenin içərisində olduğundan əmələ gələn nasazlıqlar
4.İstifadəçinin özünün və ya digər şəxsin cihazı təmir etməyə cəhdindən əmələ gələn nasazlıqlar
5.Digər istehsalçıların cihazları ilə birlikdə istifadə olunduğundan əmələ gələn nasazlıqlar
6.Tövsiyyə olunmamış proqram təıminatı və virusların nəticəsində əmələ gəlmiş nasazlıqlar

Abunə olun !
Yeniliklər, endirimlər, təkliflər !