Xiaomi Mi 5 smartfonuna Android 8 Oreo yeniləməsi gələcək


2018-02-26

İlin əvvəlində Xiaomi şirkəti Android 8 Oreo əməliyyat sistemi yeniləməsini alacaq smartfonların təxmini siyahısını təqdim etmişdi. Hal-hazırda Android Oreo ilə Xiaomi Mi 6, Xiaomi Mi Mix 2 və Xiaomi Mi A1 (Xiaomi Mi 5x) smartfonları çalışır. İndi isə siyahıya 2016-cı ilin flaqmanı Xiaomi Mi 5 smartfonu da daxil edilib. Qeyd edilir ki, Xiaomi Mi Mix cihazı da Android 8 Oreo yeniləməsini əldə edəcək. Bütün bu məlumatlar dəqiq olmasa da, XDA Developers forumunun tərtibatçıları Xiaomi-nin adı çəkilən smartfonlarda Oreo sınaqlarını apardığını aşkarlayıblar. ( İnfo city )

Rəsmi Mi™

Mimobile MMC məşhur Xiaomi™ şirkətinin məhsullarını ölkəmizə rəsmi idxal edən rəsmi idxalçıdır. Şirkətimiz bütün Mi məhsullarlarını uzunmüddətli zəmanətlə sizə təklif edir. Bizim internet mağazamız digər rəsmi dilerlərlə birlikdə Xiaomi Mi şirkətinin həqiqətən böyük çeşiddə olan məhsullarını təqdim edir – Xiaomi almaq çox asandır! Məhsulları mütəmadi olaraq idxal etdiyimizdən siz istədiyiniz smartfonu və ya aksessuarı uzun müddət gözləmədən əldə edə biləcəksiniz. Şirkətimiz ancaq orijinal məhsulların idxalı ilə məşğul olur.Belə geniş çeşidli sərfəli qiymətə olan məhsullarımızın olması alıcılarımıza istədikləri məhsulu tapmağa imkan verir. İstədiyiniz suallara cavab tapmaq, məhsulunuzun orijinallığını yoxlamaq, istənilən məlumatı əldə etmək hələ bu qədər asan olmamışdı. Yeni Xiaomi niz mübarək!

Abunə olun !
Yeniliklər, endirimlər, təkliflər !